Bülbül prospektinin kəsişdiyi yollar bağlandı

Bülbül prospektinin kəsişdiyi yollar bağlandı
  17 Aprel 2013    Oxunub:1426
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq etdi
Bülbül prospektinin Məhəmməd Füzuli küçəsi ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu barədə AzVision.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən məlumat veriblər.

Sürücülərdən alternativ yol kimi Səməd Vurğun küçəsindən istifadə etmələri xahiş olunur.


Teqlər:





Xəbər lenti