Arvadının başını kəsdi

Arvadının başını kəsdi
  17 Aprel 2013    Oxunub:1406
Sumqayıt şəhər prokurorluğunda cinayət işi açılıb.
Sumqayıt şəhər prokurorluğundan AzVision.az-a verilən məlumata görə, 17 aprel 2013-cü il tarixdə, saat 01 radələrində, 1970-ci il təvəllüdlü Salyan rayonu, Yenikənd kəndində anadan olmuş, Salyan rayonu, Şəkərli kəndində qeydiyyatda olan Hüseynov Elman Niyaz oğlu yaşadığı Sumqayıt şəhəri, 7-8-12 məhəllə, ev 92, mənzil 30 ünvanında arvadı, 1976-ci il təvəllüdlü Hüseynova Tamilla Adil qızı ilə aralarında ailə-məişət zəmnində yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirib.
Boyunun yuxarı 1/3 nahiyyəsini boyun üzvləri daxil olmaqla kəsərək, onu qəsdən öldürüb.

Hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılaraq hadisə yerinə və Tamilla Hüseynovanın meyitinə baxış keçirilib, Elman Hüseynov, onun və zərər çəkmişin ailə üzvləri dindirilib, məhkəmə- tibbi ekspertizası təyin edilərək, istintaq hərəkətləri davam etdirilir.

Faktla əlaqədar Hüseynov Elman Niyaz oğlu barəsində Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə 130736039 №-li cinayət işi başlanıb.




Teqlər:  





Xəbər lenti