Həmyerlisini bıçaqladı

Həmyerlisini bıçaqladı
  17 Aprel 2013    Oxunub:1024
İstintaq davam edir
Salyan Rayon Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, 17 aprel 2013- cü il tarixdə, saat 01 radələrində Salyan RPİ-dən rayon prokurorluğuna rayonun Yeni Uluxanlı kəndinin mərkəzindən keçən avtomobil yolunun kənarında 1978-cu il təvəllüdlü, Yeni Uluxanlı kənd sakini İmanov Rüstəm Əflatun oğlunun həmkəndlisi, 1979-cu il təvəllüdlü Nəcəfov Emil Əliağa oğluna bıçaq zərbələri vuraraq onu öldürməsi barədə məlumat verilib.

Hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılaraq hadisə yerinə və meyitə baxış keçirilib, meyitin sol bazu oynağının ön səthində və döş qəfəsinin sol ön səthində 2 ədəd yara aşkar edilib, məhkəmə-tibbi ekspertizası təyin edilərək istintaq hərəkətləri davam etdirilir.

Faktla əlaqədar Salyan rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.


Teqlər:





Xəbər lenti