Piyadanı vurub öldürdü

Piyadanı vurub öldürdü
  17 Aprel 2013    Oxunub:1089
Bakının Xətai rayonunda baş vermiş yol qəzasında bir nəfər ölüb.
Xətai Rayon Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, 16 aprel 2013-cü il tarixdə saat 23:45-də Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti-41 ünvanında 1986-cı il təvəllüdlü Bakı şəhəri, Xətai rayonu, ev 111, mənzil 37-də yaşayan Qəhrəmanov Tural Aqil oğlu idarə etdiyi "Mercedes" markalı, "99-CR-113" dövlət nömrə nişanlı avtomobillə yolu keçən 55-60 yaşlarında naməlum piyadanı vurub.

Sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.


Teqlər:  





Xəbər lenti