Nazirin görüş vaxtı dəyişdi

Nazirin görüş vaxtı dəyişdi
  18 İyun 2014    Oxunub:812
Təhsil naziri Mikayıl Cabbarovun vətəndaşların qəbulu vaxtında dəyişiklik edilib.
Təhsil Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, 23 iyun 2014-cü il tarixində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında yaşayan vətəndaşların qəbulu vaxtında dəyişiklik edilib.

Belə ki, təhsil naziri Mikayıl Cabbarov 28 iyun 2014-cü il tarixində saat 12:30-da Qəbələ şəhərindəki Mədəniyyət Mərkəzində Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.


Teqlər:





Xəbər lenti