Məhkumlar hansı hallarda məzuniyyətə buraxılır?

   Məhkumlar hansı hallarda məzuniyyətə buraxılır?
  20 Noyabr 2023    Oxunub:768
Qanunvericilikdə az ağır, ehtiyatsızlıqdan cinayət törədən və böyük ictimai təhlükə törətməyən məhkumlar məzuniyyətə göndərilir.
Bunu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədov deyib. Onun sözlərinə görə, müəssisə hüdudlarından kənara 7 gün müddətində rejim qaydalarını pozmayan, cəzalarını yarıya kimi çəkən məhkumlar buraxılır: "Onlar müşayiətsiz şəkildə öz evlərinə, yaxın qohumlarının yanına buraxıla bilərlər".

Oqtay Məmmədov əlavə edib ki, məhkumların qida təminatına nəzarət gücləndirilib: "Qida təminatı Nazirlər Kabinetinin qərarına uyğun olaraq həyata keçirilir. Qida məhsullarının məhkumlara çatdırılması ilə bağlı pilot layihəni də həyata keçirmişik".

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti