İmtahan nəticələri nə vaxt açıqlanacaq?

İmtahan nəticələri nə vaxt açıqlanacaq?
  16 İyun 2014    Oxunub:1248
Müəllimlərin sınaq qiymətləndirilməsinin nəticələri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin saytında yerləşdiriləcək.
BŞTİ-dən AzVision.az-a verilən məlumata görə, hazırda cavab kartlarının emalı prosesi gedir. Proses tam başa çatdıqdan sonra müəllimlər öz nəticələrini BŞTİ-nin saytında yaradılacaq xüsusi bölmədə öyrənə biləcəklər.

Sınaq qiymətləndirmədə istifadə edilmiş sualların və düzgün cavabların isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin saytında və “Facebook” səhifəsində yerləşdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 30 mərkəzdə təşkil olunan sınaq qiymətləndirilməsində paytaxtdakı 357 dövlət ümumtəhsil müəssisəsində çalışan 29 minə qədər müəllim (ümumi kontingentin 95 faizindən çoxu) iştirak edib.

AzVision.az


Teqlər:





Xəbər lenti