Azərbaycanda 439 nəfər zəhərlənib

Azərbaycanda 439 nəfər zəhərlənib
  13 İyun 2014    Oxunub:838
Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 439 nəfər qidadan zəhərlənib.
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, bu müddətdə Azərbaycanda əhali arasında 395 qida zəhərlənməsi hadisəsi baş verib. Hadisələrdən 19-u botulizm olub. Bu hadisələr nəticəsində 13 nəfər zəhərlənib. Bu il (aprel ayında) Ağcabədidə 1 nəfər ev şəraitində hazırlanmış pomidor turşusundan zəhərlənərək dünyasını dəyişib.

Yalnız bu ilin may ayı ərzində 99 qida zəhərlənməsi hadisəsi baş verib. Bu hadisələr nəticəsində 108 nəfər qidadan zəhərlənib.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 1278 qida zəhərlənməsi hadisəsi baş verib. Bu hadisələr nəticəsində 1525 nəfər qidadan zəhərlənib. Azərbaycanda 2012-ci illə müqayisədə ötən il baş verən qida zəhərlənmələrinin və ondan zərər çəkənlərin sayı artıb. Belə ki, 2012-ci ildə isə Azərbaycanda 1193 qida zəhərlənməsi baş verib. Bu hadisələr nəticəsində 1466 nəfər zəhərlənib (“Trend”).


Teqlər:





Xəbər lenti