Ramil Usubov komandir təyin etdi

Ramil Usubov komandir təyin etdi
  12 İyun 2014    Oxunub:996
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakı Şəhər Dövlət Yol Polisinin (DYP) rəhbər heyətində kadr dəyişikliyi edib.
AzVision.az-ın AzNews.az-a istinadən verdiyi məlumata görə, bir müddət əvvəl təqaüdə göndərilən paytaxt DYP-nin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevin yerinə təyinat həyata keçirilib.

Nazirin əmrinə əsasən, şəhər DYP-si rəisinin ikinci müavini Rəşadət Babayev yol-patrul xidməti alayının komandiri təyin edilib.

Xatırladaq ki, daxili işlər naziri Ramil Usubov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevin tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.

Mediada onun işində baş verən nöqsanlara görə, azad edildiyinə dair xəbərlər yer alsa da, sonradan N. Piriyevin yaşı ilə bağlı təqaüdə göndərildiyi bəlli oldu.


Teqlər:





Xəbər lenti