DYP-dən çıxarılan polkovniklə bağlı AÇIQLAMA

DYP-dən çıxarılan polkovniklə bağlı AÇIQLAMA
  11 İyun 2014    Oxunub:10382
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyev vəzifəsindən çıxarılıb.
AzVision.az-a bu barədə İdarənin şöbə rəisi Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, Nadir Piriyev yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

K.Əliyev polkovnikin bəzi KİV-lərdə onun korrupsiya qalmaqalına görə işdən çıxarılması barədə yayılan informasiyaları təkzib edərək, bildirib ki, bu yalan xəbərdir:

“Bu yalandır. O yaş həddi ilə bağlı işdən çıxarılıb”.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  





Xəbər lenti