Yol Polisinin polkovniki rüşvətə görə qovuldu

  11 İyun 2014    Oxunub : 403
Yol Polisinin polkovniki rüşvətə görə qovuldu
Daxili işlər naziri Ramil Usubov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevin tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.
Bu məlumat virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən daxil olub. Xəbərə görə, Nadir Piriyev işdə yol verdiyi nöqsanlara görə işdən azad olunub.

Bakı şəhər DYP-də faktiki olaraq ikinci şəxs olan Piriyevin işdən çıxarılmasının səbəbi son korrupsiya qalmaqalları olub. Həmin skandalda yol polisi əməkdaşlarının da adı hallanıb.

Teqlər: