İlham Əliyev əcnəbilərlə bağlı SƏRƏNCAM verdi

İlham Əliyev əcnəbilərlə bağlı SƏRƏNCAM verdi
  11 İyun 2014    Oxunub:1028
İyunun 10-da Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul və bərpa olunmuş şəxslərlə görüşüb.
AzVision.az xəbər verir ki, DMX-da keçirilmiş görüşdə Firudin Nəbiyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul və bərpa olunmuş şəxsləri təbrik edib.

F.Nəbiyev vurğulayıb ki, Azərbaycan Respublikası prezidentinin müvafiq sərəncamları ilə bu gün əcnəbi və vətəndaşlığı olmayan 111 şəxs Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib, iki nəfər isə Azərbaycan Respublikasının vətəndaşlığına bərpa olunb.

Daha sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin siyahısı oxunub.

Görüş iştirakçıları böyük etimada görə prezident İlham Əliyevə dərin minnətdarlıq edibərək, Azərbaycan Respublikasının vətəndaşı adını şərəflə daşıyacaqlarını bildiriblər.

Xatırladaq ki, ötən il ərzində Azərbaycan Respublikasının vətəndaşlığına 231 nəfər qəbul edilib, 10 nəfər isə Azərbaycan Respublikasının vətəndaşlığına bərpa olunub.


Teqlər:  





Xəbər lenti