“AXCP və Müsavatı Qərb maliyyələşdirir” - Partiya sədri

“AXCP və Müsavatı Qərb maliyyələşdirir” - Partiya sədri
  03 İyun 2014    Oxunub:1214
“Didye Burkhalter ATƏT-in sədri kimi Ukraynadakı münqaişəni həll etmək üçün nəyi bacardısa, bizim müxalifət üçün də onu bacaracaq. Yəni, heç nə”.
Bu fikirləri AzVision.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə müxalifət nümayəndələrinin İsveçrə prezidenti və ATƏT-in sədri Didye Burkhalter ilə görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda bəzi müxalifət qüvvələri qərbə xidmət edir.

“Səfirliklər də onlarla işləyir və maliyyələşdirirlər. Qərbdən kimsə Azərbaycana gələndə onlarla görüşür və müxalifəti təlimatlandırırlar. Qərbin AXCP və Müsavatı, eləcə də Milli Şuranı maliyyələşdirməsi danılmaz faktdır”.

Qeyd edək ki, ATƏT-in hazırkı sədri, İsveçrə prezidenti Didye Burkhalter iyunun 2-də Azərbaycana səfəri çərçivəsində müxalifət partiyalarının liderləri və vətəndaş cəmiyyətininin nümayəndələri ilə də görüşüb. Görüşdə Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, ReAl təmsilçisi Natiq Cəfərli, hüquq müdafiəçiləri Emin Hüseynov, Aygün Pəncəliyeva, Şəhla İsmayıl iştirak edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti