Kemeron prezidenti təbrik etdi

Kemeron prezidenti təbrik etdi
  03 İyun 2014    Oxunub:969
Böyük Britaniya və Azərbaycan arasında möhkəm münasibətlər ilə fəxr edirəm.

Böyük Britaniyanın baş naziri Devid Kemeron prezident İlham Əliyevə məktub göndərib.

AzVision.az xəbər verir ki, Kemeron məktubunda 21-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin və Konfransının Bakıda keçirilməsi münasibəti ilə Azərbaycan Xalqını təbrik edib.

-Hörmətli cənab Prezident,

Əlahəzrət Kraliçanın Hökuməti adından 21-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin və Konfransının keçirilməsi münasibətilə Sizi və Azərbaycan xalqını təbrik etmək istərdim.

Mən Böyük Britaniya və Azərbaycan arasında möhkəm münasibətlər ilə fəxr edirəm. Ticarət əlaqələri həmin münasibətlərin mühüm əsasıdır və Böyük Britaniya şirkətləri xüsusilə neft və qaz sektoruna birbaşa xarici sərmayənin ən böyük mənbəyidir.

Enerji avropalıların yaşayışı, iqtisadi firavanlığı və inkişafı üçün həyati əhəmiyyət daşıyır. Məhz bu səbəbdən “Cənub” qaz dəhlizi olduqca vacib layihədir. 2013-cü il Trans-Adriatik kəməri üzrə böyük irəliləyiş və “Şahdəniz-2” layihəsinin işlənilməsi baxımından əsas il olmuşdur. Bu, möhtəşəm nailiyyət və bütün iştirakçı tərəflərin böyük səylərinin təntənəsi olmuşdur. Bu məqsədə nail olmaq üçün yorulmadan çalışanların hamısını təbrik edirəm. Eyni zamanda, Azərbaycan qazını Avropaya nəql edəcək “Cənub” dəhlizinin tam potensialının reallaşdırılması üçün 2014-cü ildə görüləcək işlər çoxdur. Lakın mən əminəm ki, bu hədəfə nail olunacaqdır.

Azərbaycanın yaxın dostu və tərəfdaşı kimi, mən gələcək bir çox illər üçün sabit enerji mənbəyinin təmin edilməsi istiqamətində səy göstərən hər kəsə daha da böyük uğurlar arzulayıram. Fürsətdən istifadə edərək builki Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin bütün iştirakçılarına səmimi arzularımı çatdırıram. Əminəm ki, bu həftəniz uğurlu olacaqdır”.


Teqlər:  





Xəbər lenti