NATO-nun Qırğızıstandakı bazası bağlanır

NATO-nun Qırğızıstandakı bazası bağlanır
  03 İyun 2014    Oxunub:1030
Qırğızıstanın paytaxtı Bişkekdə, “Manas” Beynəlxalq Hava Limanında NATO-nun Tranzit Daşımaları Mərkəzi Aviabazasının rəsmi bağlanış mərasimi keçiriləcək.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən bildirir.

ABŞ-ın aviabazası 2001-ci ilin dekabrında Əfqanıstanda “Sarsılmaz Azadlıq” əməliyyatları çərçivəsində koalisiya qüvvələrinin dəstəklənməsi məqsədilə Bişkekin “Manas” Beynəlxalq Hava Limanında yaradılıb. Daha sonra bazanın adı NATO Tranzit Daşımaları Mərkəzi adına dəyişdirilib. Baza canlı hərbi qüvvə və yük daşımalarını təmin edirdi. 2010-cu ildə Qırğızıstan prezidenti Almazbek Atambayev bəyan edib ki, mülki hava limanında hərbi obyektin olması yol verilməzdir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti