Bakıda 450 minlik oğurluq

Bakıda 450 minlik oğurluq
  02 İyun 2014    Oxunub:1020
“Karat” MMC-dən oğurluq edənlər tutulublar.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Abşeron RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə “Karat” MMC-dən oğurluq etdiyinə görə tutulmuş Ramil İmaməliyevin cari ilin may ayının 1-də 8-ci mikrorayonun ərazisində özlərini polis əməkdaşı kimi təqdim etmiş Kürdəmir rayon sakini Aqil Şəmiyev, Zamiq Xasıyev, Aqşin Məmmədov, Ruslan Əliyev və Beyləqan rayon sakini Röyal Qədirov tərəfindən “KİA” markalı avtomobilə oturdulub Xırdalan şəhərinin ərazisinə aparılması və orada ona hədə-qorxu gəlib oğurlanmış puldan 450.000 manatının alınması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Şəmiyev, R.Qədirov və Z.Xasıyev tutulublar.

Faktla əlaqədar cinayət işi başlanıb.


Teqlər:  





Xəbər lenti