TQDK abituriyentləri sınağa çəkdi

TQDK abituriyentləri sınağa çəkdi
  02 İyun 2014    Oxunub:940
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün 2014-cü il iyunun 1-də cari ildə sonuncu sınaq imtahanı keçirib.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Daşkəsən, Ağstafa, Tovuz, Sumqayıt, Qobustan, Mingəçevir, Yevlax, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Füzuli, Beyləqan, Şirvan, Salyan, Lənkəran, Yardımlı, Cəlilabad, Quba, Xaçmaz və Siyəzən şəhərlərində ümumilikdə 65 binada təşkil olunub.

Sabahdan başlayaraq Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq, nəticələrin yaxın günlərdə elan olunması nəzərdə tutulur. Abituriyentlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

Qeyd edək ki, sınaq imtahanının nəticələrinin elan olunmasına dair ilkin məlumatlar TQDK-nın rəsmi səhifəsində veriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti