PKK-nın siyasi qanadı Kılıçdaroğlunu dəstəkləyəcək

   PKK-nın siyasi qanadı Kılıçdaroğlunu dəstəkləyəcək
  25 May 2023    Oxunub:750
PKK terror təşkilatının siyasi qanadı olan HDP mayın 28-də keçiriləcək seçkilərin ikinci turunda müxalifətdən prezidentliyə namizəd Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunu dəstəklədiklərini bir daha təsdiqləyiblər.
Bu barədə “Reuters” məlumat yayıb. Belə ki, HDP və Yaşıl Sol Partiyasının (YSP) rəsmiləri mövqelərinin dəyişməz qaldığını bildiriblər. Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd - Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq.

İlk turda R.T.Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. "Ata" siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb. Parlament seçkilərində isə AK Parti qalib gəlib. Hakim partiya Türkiyə Böyük Millət Məclisindəki 600 deputat yerindən 266-nı qazanıb.

İkinci yeri tutan müxalif Cümhuriyyət Xalq Partiyası 28-ci çağırış qanunverici orqanda 168 millət vəkili ilə təmsil olunacaq. Yaşıl Sol Partiyası 62, Milliyyətçi Hərəkat Partiyası (MHP) 51, İYİ Parti 44, Yenidən Rifah Partiyası 5, Türkiyə İşçi Partiyası (TİP) 4 deputat yeri əldə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti