Ukrayna əks-hücum əməliyyatına başladı

      Ukrayna əks-hücum əməliyyatına başladı
  25 May 2023    Oxunub:946
Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı artıq başlayıb və bir neçə gündür ki, davam edir.
AzVision.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib. O bildirib ki, bütün sərhəd xətti boyunca şiddətli döyüşlər gedir və artıq irəliləyiş hiss olunur.

Podolyak Ukraynaya Qərb silahlarının tədarükünə də münasibət bildirib. O vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə həmin silahlarla zərbə endirməyəcək, ondan yalnız işğal olunmuş ərazilərin azad edilməsi üçün istifadə edəcək.

Podolyak əlavə edib ki, hazırda Ukraynada Fransa və İtaliyanın təqdim etdiyi uzaqmənzilli “Storm Shadow” raketləri, “Leopard” tankları, raket əleyhinə sistemlər var.

"F-16-lar nəhayət ki, bizə hava məkanını bağlamağa imkan verəcək. Bu, bir il əvvəl bizdə olsaydı, müharibə artıq bitərdi", - o bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti