XİN İtaliyaya başsağlığı verib

   XİN İtaliyaya başsağlığı verib
  25 May 2023    Oxunub:933
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İtaliyada baş verən təbii fəlakətlə əlaqədar bu ölkəyə başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN "Twitter" hesabında paylaşım edib. "İtaliyanın Emilia-Romanya regionunda baş vermiş təbii fəlakət nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. İtkin düşənlər üçün dua edirik və zərər çəkənlərə şəfa diləyirik. Ürəyimiz İtaliya xalqının yanındadır", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, İtaliyada sel fəlakəti nəticəsində ölənlərin sayı 15-i keçib, 23 minə qədər şəxs evini tərk etmək məcburiyyətində qalıb.

AzVision.az


Teqlər:





Xəbər lenti