Polis zəhərlənmədən öldü

Polis zəhərlənmədən öldü
  25 May 2023    Oxunub:844
Mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib.
DİN-in mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq, o həyatını itirib. Araşdırma aparılır.

Qeyd edək ki, S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.

AzVision.az



Teqlər:





Xəbər lenti