“Kaspersky Safe Kids” yenilənib

“Kaspersky Safe Kids” yenilənib
  23 May 2023    Oxunub:1716
Kaspersky özünün uşaq onlayn təhlükəsizlik həlli olan “Kaspersky Safe Kids”-i yeniləyib
Kaspersky özünün Kaspersky Safe Kids həllinin yenilənmiş versiyasını təqdim edib. Tətbiqin dizaynı və interfeysi yenilənib, həmçinin uşaq tərbiyəsi, tətbiqin asan quraşdırılması və valideynlər üçün digər faydalı məlumatlar olan videolar daxil edilib.

Tətbiqdə valideynlərin uşaqların rəqəmsal fəaliyyətini izləyə biləcəyi vahid panel yer alır ki, onun vasitəsilə uşağın təyin olunan gündəlik limitinin nə qədər hissəsini cihazda keçirdiyi, hər bir tətbiqdə nə qədər vaxt sərf etdiyini, həmçinin smartfon və ya kompüterdən istifadəsi zamanı yaranan müəyyən vaxt intervallarını görmək mümkündür. Bundan əlavə, artıq böyüklər bir kliklə uşağın cihazında bir neçə proqrama girişi uzaqdan bloklamaq imkanına malikdirlər. Amma belə olan halda, uşaq, məsələn, zəng etmək imkanına hələ də malik olacaq. Valideynin girişi məqbul hesab etdiyi proqramların siyahısını çevik şəkildə hazırlamaq olar. Kaspersky Safe Kids həm iOS, həm də Android üçün mövcuddur.

Tətbiqin uşaq versiyasının ekranı da yenilənib. İndi uşaq valideynlərin hansı qaydaları qoyduqlarını, o cümlədən təyin etdikləri ekran vaxtı məhdudiyyətlərini və qara siyahıya saldıqları saytları görə bilər.

“İndiki uşaqlar qadcetlərdə çox vaxt keçirirlər və texnologiya ilə tanışlıq çox vaxt məktəbə başlamazdan əvvəl baş verir. Bu baxımdan valideynlər sadəcə olaraq uşaqlarını internetdə keçirdikləri vaxt ərzində qorumalıdırlar. Bunu daha da rahat etmək üçün biz mobil qurğular üçün versiyanın təkmilləşdirilməsinə diqqət yetirərək tətbiq parametrlərimizin dizayn və funksiyalarını əhəmiyyətli dərəcədə yeniləmişik”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

Kaspersky Safe Kids-in yeni funkisyaları haqqında daha ətraflı məlumatı Kaspersky bloqunda görə bilərsiniz.


Teqlər:





Xəbər lenti