`Neftçi` cərimələndi

`Neftçi` cərimələndi
  27 May 2014    Oxunub:770
AFFA İntizam Komitəsinin növbəti iclası baş tutub.
İclasda qərara alınıb ki, mayın 22-də Azərbaycan kuboku uğrunda yarışın "Qəbələ" - "Neftçi" final matçının 90-cı dəqiqəsində "Neftçi" klubunun məşqçisi Bəxtiyar Musayev texniki zona qaydalarını pozduğuna görə meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılsın, klub 1000 manat cərimə olunsun.

Oyunun 104-cü dəqiqəsində "Qəbələ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.


Teqlər:





Xəbər lenti