Abituriyentlərin yarısı 50-dən aşağı bal yığıb

Abituriyentlərin yarısı 50-dən aşağı bal yığıb
  23 May 2014    Oxunub:1597
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə I və IV qruplar üzrə əvvəlki illərin məzunlarının imtahan nəticələrini açıqlayıb.

AzVision.az xəbər verir ki, I qrup üzrə 12 min 997 nəfər imtahan verib və onların 90%-i 150-dən az bal toplayıb.

IV qrup üzrə isə 4558 nəfər imtahan verib. Onlardan 90%-i 100 baldan aşağı nəticə göstərib: “IV qrupda iki kontigent var. Bir qrup Tibb Universitetinə hazırlaşır və yüksək nəticə əldə etmək istəyir. Digərləri isə yalnız idmançı olmaq istəyir və bilirlər ki onlara 100 bal lazımdır”.

Yüksək bal toplayanlara gəlincə isə I qrup üzrə 637 bal toplayan abituriyent Gəncə şəhər məzunudur. Ötən il 591 bal toplayıb və ADNA-ya daxil olub, amma ərizəsini təsdiqləməyib və bu il yenidən imtahan verib.

Ötən il 493 bal toplayan başqa bir məzun isə bu il 625 bal toplayıb.
IV ixtisas qrupunda imtahan verən məzunlardan biri isə 644 bal toplayıb. Ötən il isə onun nəticəsi 534 bal olub.

Bu il 612 bal yığan digər bir abituriyent isə ilk dəfə imtahan verdiyi il, yəni 2012-ci ildə 431, 2013-cü ildə 406 bal toplayıb.

600-dən yuxarı nəticə göstərən digər bir məzun isə Beyləqan rayonundandır. Bu il 606 bal toplayıb. O, 2013-ci il məzunudur və həmin il 468 bal toplayıb.

İmtahanda 100 baldan aşağı nəticə gösətərən abituriyentlərin 50%-i 50 baldan aşağı nəticə göstərib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti