Men Ştatı qondarma Qarabağı tanıdı

 Men Ştatı qondarma Qarabağı tanıdı
  11 Aprel 2013    Oxunub:1213
Amerikanın Men Ştatının Parlamenti Qarabağın “müstəqilliyi”ni tanınması barədə qətnamə qəbul edib.
Amerikanın Men Ştatının Senatı və nümayəndələr palatası qondarma Dağlıq Qarabağ Respublikasının tanınması barədə birgə qətnamə qəbul edib.

Qətnamənin müəllifləri ABŞ prezidentini və Konqresi Dağlıq Qarabağın müstəqillik hüququnu dəstəkləməyə çağırıblar.

Qeyd edək ki, Men Amerikanın “Dağlıq Qarabağ Respublikasının” müstəqilliyini tanıyan üçüncü ştatıdır. 2012-ci ildə Massaçusets və Rod-Aylənd ştatları da analoji qətnamələr qəbul edib.

Xatırladaq ki, qondarma respublika 1991- ci il dekabrın 10-da müstəqilliklə bağlı referendum keçirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti