Müəllimlərin aksiyası ilə bağlı rəsmi AÇIQLAMA

Müəllimlərin aksiyası ilə bağlı rəsmi AÇIQLAMA
  22 May 2014    Oxunub:912
Texniki Humanitar liseydə müəllimlərin və narazı valideynlərin etiraz aksiyası ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi açıqlama yayıb.
BŞTİ-dən AzVision.az-a verilən məlumata görə, daha əvvəl qeyd olunduğu kimi, Texniki Humanitar liseydə keçirilmiş monitorinq valideynlər tərəfindən narazılıqla qarşılanıb və sualların proqrama uyğun tərtib edilməməsi bildirilib. Bu səbəbdən Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən suallar araşdırılıb və müəyyən sualların proqramdan kənar olması aşkarlanıb və monitorinqin nəticələri ləğv edilib.

Bu gün BŞTİ-nin müdir müavini Məmmədəli Kəsəmənli təhsil müəssisəsində olaraq bu qərarı pedaqoji kollektivin və valideynlərin diqqətinə çatdırıb.

Liseydə etiraz aksiyasının keçirilməsi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar əsassızdır və həqiqətə uyğun deyil.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti