"ВАЗ" dirəyə çırpıldı - Yaralananlar var

    "ВАЗ" dirəyə çırpıldı -    Yaralananlar var
  19 Mart 2023    Oxunub:827
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonunun Günəşli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
AzVision.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "ВАЗ" markalı minik avtomobili yol kənarında dirəyə çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti