İlham Əliyev: “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərliyi bu gün nə deyir?

      İlham Əliyev:    “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərliyi bu gün nə deyir?
  18 Mart 2023    Oxunub:746
“Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərliyi bu gün görün nə deyir. Bu gün deyir ki, bizə imkan verin 29 min kvadratkilometr ərazidə biz yaşayaq".
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində bildirib.

İşğal dövründə işğal edilmiş bütün torpaqların dırnaqarası “Dağlıq Qarabağ respublikası” adı altında birləşdirilməsinə cəhd göstərildiyini vurğulayan Prezident İlham Əliyev deyib: “Beynəlxalq təşkilatlar, bəzi ermənipərəst ölkələr nə üçün o vaxt Ermənistana irad tutmurdular? Biz nə qədər ikili standartlarla üzləşməliyik? Biz nə qədər riyakarlıqla üzləşməliyik?”.

AzVision.az


Teqlər:





Xəbər lenti