Türkiyədə zəlzələ olan ərazilərdə əhaliyə xəbərdarlıq edildi

Türkiyədə zəlzələ olan ərazilərdə əhaliyə xəbərdarlıq edildi
  17 Mart 2023    Oxunub:809
Türkiyədə güclü zəlzələlərin baş verdiyi bölgədə bu gün başlayacaq, göy gurultusu ilə müşayiət olunacaq leysan yağışların axşam saatlarından sonra təsirini artırması gözlənilir.
Yağıntının bütün zəlzələ bölgəsində güclü, Adıyaman vilayətində, Şanlıurfanın şimal və qərbində, Kahramanmaraşın cənubunda və şərqində, Qaziantepin şimalında və şərqində çox güclü olacağı proqnozlaşdırılır.

Kahramanmaraş, Adıyaman, Malatyanın dağlıq ərazilərində güclü sulu qar və qar yağacağı təxmin edilir.

Bölgədə son günlər yağan leysanla əlaqədar çaylarda suyun səviyyəsinin qalxması və gözlənilən yeni intensiv yağışlar, sel və daşqınlar, tufan, şimşək çaxması, dolu, güclü külək və qar səbəbindən buzlaşmaya görə tədbirli olmaları, nəqliyyatda gecikmələrə qarşı səbirli davranmaları barədə əhaliyə xəbərdarlıq edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti