Ali məktəblərə və kolleclərə sənəd verənlərin sayı açıqlandı

   Ali məktəblərə və kolleclərə sənəd verənlərin sayı açıqlandı
  16 Mart 2023    Oxunub:1220
Ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.
AzVision.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, martın 1-dən başlayan sənəd qəbulu martın 15-i saat 23:59-da başa çatıb.

Ümumilikdə, ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 101489 olub. Onlardan 92544-ü Azərbaycan, 8945-i isə rus bölməsi üzrədir.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu verənlərin sayı isə 89416-dır. Onlardan 83740-ı Azərbaycan, 5676-sı rus bölməsi üzrədir.

AzVision.az


Teqlər:





Xəbər lenti