Oğlu Baloğlan Əşrəfovun vəsiyyətini açıqladı - VİDEO

   Oğlu Baloğlan Əşrəfovun vəsiyyətini açıqladı -    VİDEO
  13 Mart 2023    Oxunub:1827
Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Elşən Əşrəfov "Günün sədası" verilişinə qonaq olub.

AzVision.az xəbər verir ki, o, proqramda atasının vəsiyyətindən danışıb.

"Atam vəsiyyətini ölümündən bir gün əvvəl mənə mesajla göndərib. Talış dilində yazıb: "Mənim balam, yaman qorxuram. Allah məni çox istəyir, istəyir aparsın yanına. Allah balalarını saxlasın. Evin böyüyü sənsən, hər şey qanunla belə olmalıdır. Narahat olma, ev sənin üstünədir". Hiss edirdi öləcəyini. Çox gözəl əhvalda idi. Bir saat sonra ölüm xəbəri gəldi".

Xatırladaq ki, koronavirusa yoluxan Baloğlan Əşrəfov 2021-ci ilin aprelində vəfat edib.



AzVision.az


Teqlər:





Xəbər lenti