Azərbaycanda müəllimlər and içəcək - YENİLİK

Azərbaycanda müəllimlər and içəcək - YENİLİK
  20 May 2014    Oxunub:3012
Azərbaycanda müəllimlər Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla and içəcəklər.

Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bu təhsil naziri Mikayıl Cabbarovun təsdiq etdiyi "Müəllimlərin etik davranış qaydaları"nda öz əksini tapıb.

Bildirilib ki, müəllim andı Azərbaycan Respublikası ilə müəllim arasında açıq hüquqi borc və sadəqət münasibətlərini təsdiq edir.

Müəllim ilk dəfə daimi işə qəbul olunarkən belə bir and içir:

“Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davrnaışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm”.

Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.

Andiçmə bir dəfə olur. Andın imzalanmış mətni müəllimin şəxsi içində saxlanılır.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti