Polislər güllələndi: Ölən və yaralılar var

Polislər güllələndi: Ölən və yaralılar var
  20 May 2014    Oxunub:826
Misirin paytaxtı Qahirədə yaraqlılar üç polisi güllələyib.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hadisə “Əl-Əzhər” İslam universitetinin yaxınlığında baş verib.

Yaraqlılar avtomobildən düşərək Universitetin yaxınlığında yerləşən nəzarət-keçid məntəqəsinə atəş açıblar. Hadisə nəticəsində daha 11 polis əməkdaşı isə yaralanıb. Onların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti