Siyavuş Novruzov Obamadan narazılıq etdi

Siyavuş Novruzov Obamadan narazılıq etdi
  20 May 2014    Oxunub:791
“20 ildən artıqdır ki, Azərbaycanın ərazisi işğal olunub, ABŞ-ın nə dövlət katibi, nə prezidenti, nə də digər bir rəsmisi bununla bağlı bəyanat vermir. Bu baxımdan həmsədrin olmağındansa, olmamağı daha yaxşıdır”.
Bu barədə AzVision.az-a hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

Millət vəkili ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikdən narazılıq edərək bildirib ki, onun həmsədr olmağından olmamağı yaxşıdır.

“ABŞ bu günə qədər Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı heç bir addım atmayıb. Səfir özü də Ukraynadakı böhranı müzakirəyə çıxarıb. Ukraynadakı faciələrin yaranmasının birinci səbəbkarı ABŞ-dır. 20 ildən artıqdır ki, Azərbaycanın ərazisi işğal olunub ABŞ-ın nə dövlət katibi, nə prezidenti, nə də digər bir rəsmisi bununla bağlı bəyanat vermir. Müzakirələr zamanı isə bitərəf qalır. Niyə ikili standartla yanaşırlar? Ona görə də həmsdərin olmağındansa, olmamağı daha yaxşıdır”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti