Prezident Vyetnamdan Çinə getdi - FOTOLAR

Prezident Vyetnamdan Çinə getdi - FOTOLAR
  20 May 2014    Oxunub:1163
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri mayın 19-da başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Hanoyun Noi Bai Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Vyetnamın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü Zirvə Toplantısında iştirak etmək üçün mayın 19-da Çin Xalq Respublikasına işgüzar səfər edib.

Şanxayın “Pudong” Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Çinin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti