`Oikos-Bakı`dan yeni layihə

`Oikos-Bakı`dan yeni layihə
  19 May 2014    Oxunub:1172
May ayının 18-də , ADA Universitetində dünyanın dayanıqlı inkişaf mövzusunu irəli sürən aparıcı tələbə təşkilatlarından olan `Oikos-Bakı`nın keçirdiyi “SF Trainings” adlı layihəsinin birinci gününə start verilib.
Ümümilikdə paytaxtımızın 80 ən fəal tələbəsi arasında keçirilən bu layihə 1 ay ərzində davam edəcək. Layihə çərçivəsində beynəlxalq münasibətlər, ictimayi əlaqələr və fərdi biznes sahələrində fəaliyyət göstərən qabaqcıl ekspertlər görüşlərə dəvət olunub. Lahiyənin əsas məqsədi Azərbaycan gənclərini dayanıqlı inkişaf konsepsiyasl ilə tanış etmək və dayanıqlı inkişaf ideyasını ictimayyətdə aktuallaşdırmaqdır.

Lahiyə iyun ayının ortalarına kimi davam edecək. Layihə çərçivəsində, iştirakçıların öndə gedən beynəlxalq və yerli şirkətlərə ekskursiyaları nəzərdə tutulub.





Teqlər:





Xəbər lenti