Bakıda beynəlxalq Foruma hazırlıq başlanıb

Bakıda beynəlxalq Foruma hazırlıq başlanıb
  20 May 2014    Oxunub:734
Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 27 may tarixli fərmanına uyğun olaraq, 2015-ci ilin oktyabr ayında Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işlərinə başlanılıb.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, cari ilin 13 mart tarixində London şəhərində keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işçi qrupunun iclasında irəli sürülmüş tövsiyələr əsasında Forumun eksperti Böyük Britaniyanın Koventri Universitetinin Etimad, Sülh və Sosial münasibətlər İnstitutunun direktoru professor Mayk Hardi ilə müvafiq yol xəritəsi hazırlanır.

Bu gün BMT-nin İnkişaf və Dialoq üçün Ümumdünya Günü çərçivəsində Mayk Hardinin rəhbərlik edəcəyi Etimad, Sülh və Sosial münasibətlər İnstitutunun açılış mərasimi və BMT-nin Sivilizasiyalar Alyansının ali rəhbərinin iştirakı ilə tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə iştirak edir.

Səfər çərçivəsində Etimad, Sülh və Sosial münasibətlər İnstitutunun direktoru professor M.Hardi və universitetin digər rəhbər şəxsləri, BMT-nin Sivilizasiyalar Alyansının nümayəndələri ilə görüşlərin keçirilməsi, 2014-cü ilin avqust ayında İndoneziyanın Bali şəhərində keçiriləcək BMT-nin VI Qlobal Forumunda Bakı Prosesinin təqdimat mərasiminin təşkili və noyabr ayında Bakıda "Bakı Prosesi - Qlobal Mədəniyyətlərarası Dialoqa dəstək" mövzusunda dünyanın nüfuzlu elm xadimlərinin iştirakı ilə akademik konfransın keçirilməsi ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.


Teqlər:  





Xəbər lenti