`Bunlar nə içirlər, nə çəkirlər?...` - Bloqqerdən REAL-çılara ağır sözlər

`Bunlar nə içirlər, nə çəkirlər?...` - Bloqqerdən REAL-çılara ağır sözlər
  19 May 2014    Oxunub:1232
Tanınmış bloqqer Əli Novruzov Facebook səhifəsində bu dəfə REAL-ın keçmiş Məclis başqanı Erkin Qədirliyə deyil, birbaşa REAL-ın üzərinə hücuma keçib. Onun sözlərinə görə, REAL-çılar onun ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nulanda Erkin Qədirlidən şikayət etdiyini iddia edirlər.
- “REAL"çıların növbəti sarsaqlamalarından. İndi də deyirlər ki, Viktoriya Nulanda Erkindən şikayət etmişəm. O boyda Viktoriya Nulanda ha. Nə yaxşı, Obama ilə telefon danışıqlarımın səs yazısı bunların əlinə keçməyib, biabır olardım. Ümumiyyətlə, Emin Milli demiş, bunlar nə içirlər, nə çəkirlər ki, bunlarda belə dərin fantaziyalar yaranır, şedevr quşlar buraxırlar,- deyə o, qeyd edib.

Ə.Novruzovun bu fikirlərinə REAL-ın icraçı katibi Natiq Cəfərli reaksiya verib. N.Cəfərli bloggeri "bazar adamı" olmaqda suçlayıb: “Əli, tərbiyən olsun, ağ elədin lap. Yenə cığal uşaqlar kimi ümumi danışma, ad çək, konkret ol. Lap bazar adamına dönmüsən, deyəsən. Özün haqqında çox pis yüksək fikrə düşmüsən”.

Ə.Novruzov N.Cəfərlinin sözlərinə hiddətlənib və yenidən E.Qədirli ilə mübahisələrini xatırladıb: “Tərbiyəsizlərin kim olduğu çox aydın görünür, elə REAL-ın banneri altında camaata “düşük” deyən məclis başqanınız, eləcə də orda-burada haqqımda uydurma şayiə buraxıb iftira atan, bütün günü nifrət şərhləri yazan “Real”çılar. Çox təəssüf ki, sizin əsl simanızı çox gec tanımışam, çox təəssüf”.

Bloggerin bu sözlərindən sonra N.Cəfərli onun yazdıqlarını "tərbiyəsizlik" adlandırıb və üzr istəməyə çağırıb: “Yazdığın status tərbiyəsizlikdir, səviyyəsizlikdir. Kimdən nə sifariş alırsan bilmirəm, bunu sübut edə bilmərəm, amma tərbiyəli, mədəni yazmaq qabiliyyətin olsun, sənin yüzlərlə insanı ümumiləşdirib yazmağın tərbiyəsizikdir. Yaz sübut et, ad çək, ya da üzr istə. Səni debata da çağırdım, gəlmədin, indi nə uydurursan sən? Erkin dediklərinin cəzasını aldı, ölkəyə yeni siyasi mədəniyyət gətirdik, amma elə bilmə ki, bu, sənin kimi mədəniyyətsizə görədir”.

Ə.Novruzov REAL-çı Zöhrab İsmayılın Facebook-dakı yazışmasından sitat gətirib: “Deyəsən, yenə qurdunuz qaynayır, növbəti iynənin vaxtı çatıb. Nə edim daha, mən kifayət qədər atəşkəsi gözləməyə çalışdım, amma alınmadı”.

Blogger, Z.İsmayılın statusların birində onu Nulad, NED və Amerikanın digər qurumlarına email yazmaqda suçlayan şərhinin skrinşotunu yerləşdirib. Z.İsmayıl iddia edib ki, Ə.Novruzovun Amerikada şikayət etmədiyi yer qalmayıb.

Ə.Novruzov N.Cəfərlinin REAL-a qarşı kimdənsə sifariş aldığı barədə dediklərinə də cavab verib: “Kimdən sifariş alıram? Bu sarsaqlama deyil? Ümumiyyətlə, bu nə plintusdan aşağı arqumentdir? Sizi tənqid edən harasa işləyir? Kimə işləyir, bəlkə maarifləndirəsən, gedib tapım müdirimi?”

N.Cəfərli Z.İsmayılın Ə.Novruzovun “public” statusda Amerikaya şikayət etdiyi barədə ittihamını sübut kimi qəbul etmədiyini söyləyib: “Bu sübutdur? “Public” olan söhbəti, bir nəfərin yazdığını sübut kimi yozursan? Dalınca danışıb? Üzünə deyib, sən də de ki, yalandır. Bunun yazdığın statusa, REAL-çılara nə dəxli var axı? Sən adekvat deyilsən, dost. Fakt belə olmur, fakt haqqında da səhv təsəvvürün var sənin. Əli, sən “medsestra” deyilsən ki, iynə vurasan, bir az qazını al, yaxşı? Sən girən kol deyil”.

Digər Facebook istifadəçiləri hər iki tərəfə müraciət edərək bu mübahisəyə son qoymalarını təklif ediblər: “Bezdik sizin dəxlisiz davalarınızdan, nəyi bölə bilmirsiniz?”

Ə.Novruzov REAL-ın taleyinin ABŞ səfirliyindən asılı olduğunu iddia edib: “Natiq, bir dəfə də yazdın ki, sən girən kol deyil, sonra da zəng edib bir saat yalvarmısan telefonda, REAL mənim uşağımdır, beş ildir dişimlə dırnağımla qururam, niyə belə edirsən. Çox ikiüzlü insanlarsınız, publikaya ayrı şey oynayırsınız, sonra da gedib səfirliklərdə dil tökürsünüz. Ümumiyyətlə, bir təşkilatın ki, taleyi ABŞ səfirliyinin bir rəyindən asılıdır, o təşkilata quş. Gedib səfirliklərdə deyirsiniz ki, Erkin filosofdur da, onu başa düşün”.

N.Cəfərli bloggerin dediklərinə belə reaksiya verib: “Əli, mən sənə yalvarmışam? Sən əsl ləçər kimi məni provokasiyaya çəkmək istəyirsən. Səninlə danışanda yanımda 4 nəfər var idi, sənə bir az hörmət etdim, anlamadın. "Sarsaqlamaq" sözünü yazan tərbiyəsiz adamdır. Bir az özünə güvənin olsa, debata gələrdin, səndən rica etdim ki, debata gələsən, buna yalvarmaq deyən adam, artıq adam deyil mənim üçün. Uğurlar sənə!”

Ə.Novruzov isə belə yazıb: “REAL öz tərbiyəsini yavaş-yavaş, göstərir, sonra da camaata tərbiyəsiz deyir. Buyurun, yoldaşlar, bu status və şərhlər qoy açıq qalsın ictimaiyyətə, xalq qəhrəmanlarını tanısın”.

N.Cəfərli qeyd edib ki, REAL-ın son qərarı ilə Ə.Novruzovun fikirlərinin dəyişəcəyini güman edib: “Ağzına gələni danışma, yalan söz danışma. Sənin kimi dayaz birinə görə addım atılsaydı, həmən olardı. Mənə dedilər ki, son qərarımızdan sonra Əli özündən bədgüman hala düşəcək, inanmadım, dedim ki, o, oxumuş adamdır. İndi görürəm ki, hər oxuyan Molla ola bilər, amma Pənah yox”.

Ə.Novruzov E.Qədirlinin səfirliklərdən qrant kəsilməsin deyə uzaqlaşdırıldığını iddia edib: “Natiq, hər halda səfirlikləri qapı-qapı gəzib dil tökən də mən deyiləm, qrant kranınızın suyu kəsilməsin deyə Erkini də təşkilatdan “uzaqlaşdıran” mən deyiləm. Kor-kor, gör-gör. Məhlə jarqonunda danışıb lotuluq edəsən, sonra da telefonla zəng edib bir saat yalvarasan ki, REAL mənim balamdır, beş ildir dişimlə, dırnağımla böyütmüşəm, niyə belə edirsən. Səfirlikləri də siz yaxşı bilərsiz, mənim səfirlikdə nə işim var? Mənim bir arzum, şikayətim olanda, birbaşa Nulanda yazıram, həll edir, sağ olsun”.

Bu arada Zöhrab İsmayıl müdaxilə edib: “Əli, sən heç kimsən, heç bir bacarığın və nailiyyətin də yoxdur. Bunu hamıdan yaxşı mən bilirəm! Sən yalnız belə cılız-mılız şeylərlə ortalıqda qalmaq istəyirsən”.

Ə.Novruzov isə ona belə cavab verib: “Donos? Nə donos? Viktoriya Nulanda? Zöhrab, donos yazanlar oturub öz təşkilatınızın içində, camaata şər-iftira atırsan”. N.Cəfərli sonuncu dəfə 4 ay bundan qabaq səfirlikdə olduqlarını və İlqar Məmmədovla bağlı görüş keçirdiklərini söyləyib: “Kimdir bizdə danos yazan? Ad çək, sübut elə. Ya da şərəfsizlik eləmə. Sübut etsən, böyük bir hədiyyə qazanacaqsan məndən”.

Bu mübahisəyə Xalid Bağırov da qoşulub: “Gecə saat 1-də gəlib açıram Facebook-u və görürəm ki, məni kimsə sarsaq, ikiüzlü adlandırıb. Oturub düşünürəm ki, mən nə etmişəm ki, bu epitetlərə layiq olum. Yəqin mən və bir çox mənim kimi REAL dəyərlərini bölüşən şəxslərdən üzr istəmək cəsarəti olacaq bu status və şərhlərin sahibinin. Bu yazışmaları oxuyarkən məndə belə suallar yarandı. Əgər "REAL"çılar bir-bir səfirlik qapısı döyüb izahat verirsə, beynəlxalq təşkilatlardan qrantları kəsilirsə, o zaman kimdir xarici strukturlar qarşısında REAL-çıları izahat vermək zorunda buraxan?”.

teleqraf.com


Teqlər:





Xəbər lenti