Nüsrət Kəsəmənlinin oğluna iş kəsildi - 8 il 4 ay

Nüsrət Kəsəmənlinin oğluna iş kəsildi - 8 il 4 ay
  19 May 2014    Oxunub:1965
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mühakimə olunan Araz Kəsəmənliyə hökm oxunub.
AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, A.Kəsəmənliyə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəində çəkməklə 8 il 4 ay müddətinə həbs cəzası verilib.

Yada salaq ki, ötən ilin iyun ayında həbsdən azad olunan Araz Kəsəmənli cəmisi 3 ay sonra təkrar həbsxana həyatı yaşamaq məcburiyyətində qalıb. Sentyabrın 17-də A.Kəsəmənliyə qarşı cinayət işi açılıb. Bu dəfə o, narkotik istifadəçisi kimi həbs olunub.

İlk gündən etibarən mətbuatda A.Kəsəmənlinin günahsız yerə həbs olunması ilə bağlı xəbərlər yer alıb. Həbsxanada cəza çəkdiyi müddətdə onun idmanla məşğul olması, namaz qılması, dinə bağlılığı, ümumiyyətlə, narkotikdən istifadə etməməsi deyilirdi.

Qeyd edək ki, Araz Kəsəmənli mərhum nəğməkar-şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb.


Teqlər:  





Xəbər lenti