Bakıda ofisə basqın edən şəxs polis rəisinin qardaşı imiş

   Bakıda ofisə basqın edən şəxs polis rəisinin qardaşı imiş
  03 Fevral 2023    Oxunub:915
Bakıda obyektə basqın edən şəxs polis rəisinin qardaşı olub.
Bildirilib ki, hadisə Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində fevralın 1-də, gecə saatlarında baş verib.

Belə ki, Samir Qarayev dostu ilə birlikdə ofisə daxil olaraq obyekt sahibi Allahverdiyev Musa Allahverdi oğlunu döyüb. M.Allahverdiyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə hər iki şəxs - S.Qarayev və H.Məmmədzadə müəyyən olunaraq saxlanılıb.

Samir Qarayev Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Seymur Qarayevin qardaşıdır. (Teleqraf.com)

AzVision.az


Teqlər:





Xəbər lenti