Kişi oğlu ilə birləşib arvadının sevgilisini öldürdü

Kişi oğlu ilə birləşib arvadının sevgilisini öldürdü
  02 Fevral 2023    Oxunub:525
Böyük Britaniyada 49 yaşlı Ueyn Pekhem 23 yaşlı oğlu Rayli Pekhemlə birlikdə həyat yoldaşının sevgilisini öldürüb.
AzVision.az -ın xarici mediaya istinadla xəbərinə görə, ata və oğul Kerrinin sevgilisi Metyunun yaşadığı evə gəliblər. Oğul evin damına çıxıb və pəncərədən içəri daxil olub. Buna görə Metyu çox qorxub və şkafda gizlənmək qərarına gəlib və sonra çağırılmamış qonaqlarla bağlı polisə xəbər verib.

Qadın oğlunu qovmağa çalışsa da, o, qışqırmağa başlayıb, sonra əri evə daxil olub. Tezliklə gənc Metyunu şkafda tapıb və öldürməklə hədələyərək ona hücum edib.

Qəzəblənən Ueyn dərhal sevgilisinin yanına qaçaraq onu təpikləməyə başlayıb. Kerri sevgilisini qorumağa çalışsa da, bir neçə zərbə də alıb. Nəticədə ata və oğul Metyuya çoxsaylı xəsarətlər yetirib, sonra isə onun sevgilisini boğmağa cəhd ediblər.

Polis Rayli və Ueyni həbs edib. İndi ata və oğul Kerrinin pərəstişkarını öldürməkdə ittiham olunurlar. Ancaq kişilər günahlarını inkar edirlər. Kerrinin Ueynlə ayrıldıqdan sonra sevgilisinin yanına köçdüyü də dəqiqləşdirilir. O, keçmiş ərinin qəddar və balanssız bir insan olduğunu söyləyib.

AzVision.az





Teqlər:





Xəbər lenti