Orxan Şəhidlər xiyabanında dəfn ediləcək

 Orxan Şəhidlər xiyabanında dəfn ediləcək
  27 Yanvar 2023    Oxunub:1815
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərov Bakıda İkinci Şəhidlər xiyabanında dəfn ediləcək.
AzVision.az xəbər verir ki, bu barədə şəhidin atası Rizvan Əsgərov məlumat verib. O bildirib ki, oğlunun nəşi hələ onlara təhvil verilməyib.

Xatırladaq ki , bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb. Hücum edən şəxs saxlanılıb.

Qeyd edək ki, Rizvan Əsgərov Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimidir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti