“Baş verən hadisə açıq-aşkar terrordur” - Hacı Surxay Məmmədli

   “Baş verən hadisə açıq-aşkar terrordur” -    Hacı Surxay Məmmədli
  27 Yanvar 2023    Oxunub:578
Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli bu gün Cümə xütbəsində Azərbaycanın İrandakı səfirliyinə qanlı hücumla bağlı danışıb.
Hacı Surxay Tehrandakı səfirliyimizdə baş verən terror hadisəsinin hamını bir azərbaycanlı kimi dərindən sarsıtdığını deyib: "Şəhid olan soydaşımıza Uca Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Baş verən hadisə açıq-aşkar bir müsəlman ölkəsinin səfirliyinə qarşı terrordur və mütləq İran dövləti həmin terrorçuları cəzalandırmalıdır”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti