XİN: "Hücumu törədənlərin ən sərt şəkildə cəzalandırılmasını tələb edirik"

      XİN:    "Hücumu törədənlərin ən sərt şəkildə cəzalandırılmasını tələb edirik"
  27 Yanvar 2023    Oxunub:664
İran tərəfindən sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edirik.
AzVision.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu barədə bəyanatında əksini tapıb.

Qeyd edilib ki, Azərbaycan tərəfi günahkarların müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün müvafiq beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti