İşsiz qalan mətbuat katibləri – Onlar kimlərdir?

İşsiz qalan mətbuat katibləri – Onlar kimlərdir?
  14 May 2014    Oxunub:3842
2013-cü ilin sonlarından başlayaraq dövlət qurumlarında xeyli kadr dəyişikliyi həyata keçirildi. Bu dəyişikliklər rəhbər postlarla yanaşı dövlət qurumlarının mətbuat xidmətlərindən də yan keçmədi. Belə ki, aparılan islahatlar nəticəsində uzun illər mətbuat katibi postunda çalışan bir çox məmur-jurnalistlər vəzifələrini itirməli oldular. Onlarından bir neçəsi özünə yeni iş yeri tapsa da əksəriyyəti hələ də işsizdir.

AzVision.az uzun müddət jurnalistlərlə çiyin-çiyinə çalışan, hazırda işsiz qalan eks-mətbuat katibləri haqda araşdırma aparıb.

Bayram Hüseynzadə

Misir Mərdanovun nazirliyi dönəmində Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə idi. O, ötən ilin sentyabrında vəzifəsindən uzaqlaşdırılıb. Uzun illər nazirliyin mətbuat xidmətini rəhbəri olan B.Hüseynzadə Mikayıl Cabbarovun komandasında yer ala bilmədi. Onun vəzifəsi əlindən alınaraq tanınmış jurnalist Cəsarət Valehova verilib.

Hazırda Bayram Hüseynzadə nazirliyin mətbu orqanı olan “Azərbaycan Müəllimi” qəzetində baş redaktor olaraq fəaliyyətini davam etdirir.

Eldar Sabiroğlu

Sabiq müdafiə naziri Səfər Əbiyevin vəzifədən getməsindən sonra Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu da Silahlı Qüvvələrdən kənarlaşdırıldı. O ötən ilin sonunda işindən ayrılıb.

Hazırda işsiz qalan Eldar Sabiroğlu 90-cı illərdə YAP-ın tanınmış simalarından olub. Partiyanın təşkilat şöbəsinə rəhbərlik edən E.Sabiroğlu YAP-ın 1999-cu ildə keçirilən qurultayında Siyasi Şuranın üzvü seçilib. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. 2000-ci illərin əvəvlərində YAP daxilində baş verən mübahisələr nəticəsində E.Sabiroğlu partiya işlərindən uzaqlaşıb. Bir müddət işsiz qaldıqdan sonra 2007-ci ildən Müdafiə Nazirliyinin mətbuat xidmətinə rəhbər təyin olunub. E. Sabiroğlunun vəzifədən uzaqlaşmasından sonra nazirliyin informasiya idarəsində çalışan Vaqif Dərgahlı mətbuat xidmətinin rəisi postuna gətirilib.

Bir müddət sonra Eldar Sabiroğlunun müavini, mayor Teymur Abdullayev də işdən azad olunur. T. Abdullayev çox keçmir ki, İctimai Televiziyanın mətbuat xidmətinin rəhbəri postuna təyinat alır.

İlham Məmmədov

İşsiz qalan keçmiş mətbuat katiblərindən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədovdur. O vəzifədən getdikdən sonra mətbuata verdiyi açıqlamalarında bir sıra iş təklifləri aldığını diqqətə çatdırıb.

İlham Məmmədov 2007-2008-ci illərdə “Yeni İqtisadiyyat” jurnalında informasiya şöbəsinin müdiri və “Ekspert” jurnalında analitik kimi çalışıb. 2000--2010 illər ərzində “Azadinform” İnformasiya Agentliyinin İqtisadiyyat şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirib.

2010-2011-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbəsində məsləhətçi, 2011-2012-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində şöbə müdirinin müavini və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində fəaliyyət göstərib.

2012-ci ildən ötən günə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində şöbə müdiri vəzifəsində fəaliyyətimi davam etdirib. Az müddət sonra isə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin yeni mətbuat xidmətinin rəhbərinin kimliyi məlum olur. Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Elman Babayev nazirliyin mətbuat xidmətinə keçir.

Xatırladaq ki, Elman Babayev bu vəzifəyə qədər “Kaspi” qəzetində, “Trend” İnformasiya Agentliyində müxbir işləyib. 2008-ci ildən isə Dövlət Sosial Müdafiə Fondunda çalışmağa başlayıb.

Nəzakət Tanrıverdiyeva

Ötən ay Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva da işindən azad olunub. Uzun müddət sabiq metropoliten rəisi Tağı Əhmədovun mətbuat katibi olmuş Nəzakət xanımın vəzifəsini hazırda Nəsimi Paşayev icra edir. Nəzakət Tanrıverdiyevanın sonrakı aqibəti sual altındadır.
Xatırladaq ki, N.Paşayev əvvəllər “Bakıelektrikşəbəkə” ASC mətbuat xidmətində çalışıb.

Nuranə Mərdanova

Dünən isə daha bir dövlət qurumunun mətbuat xidmətinin rəhbəri vəzifəsini itirib. Belə ki, meriyanın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuranə Mərdanova yaşı ilə əlaqədar təqaüdə göndərilib. Müvəqqəti olaraq, N. Mərdanovanın vəzifəsini adıçəkilən şöbədə 20 il işləmiş Nailə Məmmədova icra edir.

Azər Sarıyev

Mərkəzi Seçki Komissiyasının keçmiş mətbuat katibi Azər Sarıyev də işsizlər sırasındadır. Jurnalistlərin ən yaxın dostu olan A. Sarıyev “Azərtac” Dövlət Agentliyinin Türkiyə üzrə xüsusi müxbiri təyin olunsa da, sonradan müəyyən səbəblər ucbatından bu təyinatdan imtina edib.
Azər Sarıyev mətbuata “Avrasiya” qəzetində tərcüməçi işləməklə gəlib, 1997-1998-ci illərdə həmin redaksiyada siyasət müxbiri kimi çalışıb. 1998-1999-cu illərdə “Ekspress” qəzetində siyasət və parlament müxbiri işləyib.

Daha sonra “Palitra” qəzetində baş redaktor olub (1999-2003). “Millət”, Hürriyyət”, “Kaspi” qəzetləri, “Azadinform” İnformasiya Agentliyi ilə də əməkdaşlıq edib. Altı il jurnalistikada (üç il reportyor, üç il baş redaktor) işlədikdən sonra 2003-cü il avqustun 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında şöbə müdiri vəzifəsinə gətirilib. O sonra isə MSK-nın mətbuat xidməti postunu tutub. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev vəzifəsindən getdikdən sonra onu bu postda komissiyanın əməkdaşı Şahin Əsədli əvəz edib.

Tahir Məmmədov

İctimai Televiziyanın mətbuat xidmətinin keçmiş rəhbəri Tahir Məmmədovun hazırda nə işlə məşğul olmasından xəbər yoxdur. O, keçmiş sədr İsmayıl Ömərovun vaxtından adıçəkilən televiziyanın informasiya şöbəsində çalışıb. Cəmil Quliyev İTV-yə yeni sədr təyin olunandan sonra Tahir Məmmədov işini itirməli oldu. Hazırda onun vəzifəsini müdafiə nazirliyinin sabiq əməkdaşı Teymur Abdullayev icra edir.

Ramiz Məlikov

Məmur kreslosunu itirən Müdafiə Nazirliyinin mətbuat xidmətinin 75 yaşlı sabiq rəisi, polkovnik-leytenant Ramiz Məlikov hazırda nazirlikdə kiçik vəzifədə çalışır. O, nazirliyin informasiya İdarəsindəki şöbələrdən birində fəaliyyətini davam etdirir.

Ramiz Duyğun təxəllüsü ilə həm də şeirlər yazan polkovnik Müdafiə Nazirliyinin mətbuat xidmətinə 12 ildən artıq müddətdə rəhbərlik edib.
O, 2007-ci ilin aprelində Səfər Əbiyev tərəfindən vəzifəsindən çıxarılıb.

Aqşin Babayev

Əməkdar jurnalist Aqşin Babayev də sabiqlər sırasındadır. O, Milli Məclisdə mətbuat xidmətinin ilk rəhbəri olub. 1991- 2006-cı illərdə bu vəzifəni tutub. 75 yaşlı əməkdar jurnalist hazırda Mədəniyyət və İncəsənət Universitetində “Ədəbi yaradıcılıq” kafedrasının müdiri vəzifəsində çalışır.

Araz Qurbanov

Milli Təhlükəsizlik Nazirliyinin mətbuat katibi işləmiş Araz Qurbanov 2005-ci ildə sözügedən dövlət qurumundakı işindən çıxarılıb. MTN-nin mətbuat xidmətinin eks-rəhbəri hazırda Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun şöbə müdiri vəzifəsində çalışır.

Eldar Əfəndiyev

O, Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi olub. E.Əfəndiyev 2010-cu ildə yaş senzi ilə əlaqədar vəzifədən azad edilib. Eldar Əfəndiyev elmi fəaliyyətini Baş Prokurorluğun Elm-Tədris Mərkəzində kafedra rəisi vəzifəsində davam etdirir.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti