`Azay Quliyevə qarşı çirkin kampaniya başlayıb`

`Azay Quliyevə qarşı çirkin kampaniya başlayıb`
  14 May 2014    Oxunub:1017
“Təssüf edirəm ki, bu gün reket jurnalistika hələ də Azərbaycan cəmiyyəti üçün ciddi bir problem olaraq qalır. Bu reketlər bəzən Azərbaycanın ən hörmətli şəxslərini, ziyalılarını, siyasi xadimlərini, partiya sədrlərini , hakmiyyət nümayəndələrini , məmurları və millət vəkillərini belə şantaj etməklə məşğuldur” – bu sözləri “Bələdiyyələrin İnkişafına Yardım” İctimai Birliyinin sədir Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevə qarşı iyrənc kampaniya başlayıb: “Uzun illərdi ki, Azay Quliyevin ictimai-siyasi fəaliyyətini izləyirəm. Həqiqətən də bu insan çox yüksək mədəniyyəti ilə, insanlara olan səmimi münasibəti ilə, insanı dəyərlərə böyük önəm verməyi ilə yanaşı, həm də Azərbaycan dövlətinə göstərdiyi xidmətlərini qeyd etməmək ədalətsizlik olar. Hər zaman Azərbaycanın milli maraqlarının möhkəmlənməsində xüsusi fəallığı göstərib. Belə bir şəxsə qarşı ağılına və ağzına gələni yazırlar. Sosial şəbəklərdə yayırlar”.

Reketlərdən danışan Orduxanlı deyib ki, özü mən 5 il bələdiyyə sədrinin müavini olanda belələrini çox görüb: “İnanın ki, 10 manat pul almaq üçün insanları şantaja cəhd edirlər. Qəbul otağına gəlib, özlərini əlahəddə bir səlahiyyət sahibi kimi hiss edirlər. Baxarsan ki, bu adamların heç biri əsl jurnalistikanın nə olduğunu bilmir. Hətta eləsi olub ki, sual verirdim ki, Mətbuat Şurası nə deməkdir? Deyridi ki, Elmlər Akademiyasının yanında insititutdur. Bu adamlar bütün dövlət müəssələrini, bələdiyyələri, icra nümayəndəliklərini qapı-qapı gəzib, pul toplamaqla məşğuldular. Bu tip adamların qarşısı alınmalıdır. Məncə, bununla bağlı daha sərt qanunlar qəbul edilməlidir. Azay Quliyevə qarşı aparılan çirikin kampaniya onu göstərir ki, bu adamlar sərt cəzanın olmamasından sui-istifadə edirlər. Sərt cəsasızlıq şəraitindən istifadə edirlər”.

AzVision.az


Teqlər:  





Xəbər lenti