Cəbhədə gərginlik davam edir

Cəbhədə gərginlik davam edir
  14 May 2014    Oxunub:979
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Füzuli rayonunun Qorqan, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti