Azərbaycanda insan hüquqları aylığı keçiriləcək

Azərbaycanda insan hüquqları aylığı keçiriləcək
  14 May 2014    Oxunub:1046
Mayın 18-dən iyunun 18-dək insan hüquqları aylığı keçiriləcək.

Bu barədə AzVision.az-a Ombudsman Aparatından məlumat verilib.

Aylıq çərçivəsində insan hüquqları ilə bağlı qurumlar, habelə dövlət orqanları, QHT-lər və digər müvafiq təşkilatlar ötən il ərzindəki fəaliyyətlərində olan irəliləyişlər və problemlər üzrə müxtəlif tədbirlər və müzakirələr təşkil edəcək, aylıq çərçivəsində keçirilmiş və aylığın sonuna qədər gerçəkləşdiriləcək maarifləndirmə tədbirləri haqqında məlumatları, insan hüquqlarının daha səmərəli təmini ilə əlaqədar təkliflərini Ombudsmana təqdim edəcəklər.

Eyni zamanda bu ay çərçivəsində “Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XII Bakı Beynəlxalq konfransı da keçiriləcək.

Qeyd edək ki, aylığın məqsədi insan hüquqları sahəsində əldə edilmiş nailiyyətləri, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirməkdir.


Teqlər:  





Xəbər lenti