Elmar Vəliyevdən şəhid anasına JEST - FOTO

Elmar Vəliyevdən şəhid anasına JEST - FOTO
  13 May 2014    Oxunub:2499
Elmar Veliyev şəhid anası ilə birlikdə məktəb açılışı etdi
Gəncə şəhərində daha bir orta məktəb əsaslı təmirdən
sonra istifadəyə verildi.

Mərhum prezident Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü günlərində şəhərimizdə daha bir təhsil ocağı – şəhid Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilib.

1988-ci ildə inşa edilmiş məktəb binası əsaslı təmir edilmədiyindən demək olar ki, qəzalı vəziyyətə düşmüşdü. Ölkə başçısının təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində bu tədris ocağı da tamamilə yenidən qurularaq ən müasir şəraitdə istifadəyə verilib. İndi 1075 nəfər şagird yerlik olan üçmərtəbəli məktəb binası öz simasını tanınmaz dərəcədə dəyişmiş, burada 40 sinif otağı, kitabxana, 2 idman zalı, akt zalı, kimya, fizika və gənclərin çağırışa qədərki hazırlığı kabinetləri, laboratoriyalar, psixoloq və tibb otağı yaradılıb.

Tədris ocağının açılış mərasimində 77 nəfərlik pedaqoji kollektiv adından məktəbin müəllimi Həqiqət Məmmədova, valideynlər adından Natəvan Məmmədova, eləcə də şəhid Vaqif Əliyevin anası İradə Əliyeva çıxış edərək gənc nəslin təlim-tərbiyəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçı İlham Əliyevə, eləcə də “Yeniləşən Azərbaycana yeni məktəblər” layihəsi çərçivəsində həyata keçirdiyi tədbirlərə görə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək son iki ildə şəhərdə 31 məktəb, peşə liseyi və uşaq bağçasının tamamilə yenidən qurulduğunu qeyd etmiş və hazırda bu işin davam etdirildiyini diqqətə çatdırıb.

Məktəbin təmirində fəallıqla çalışan bir qrup inşaatçıya fəxri fərman və qiymətli hədiyyələr təqdim olunduqdan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhid Vaqif Əliyevin anası İradə Əliyeva ilə birlikdə məktəbin açılışını bildirən qırmızı lenti kəsiblər. Mərasim iştirakçıları əsaslı təmirdən sonra məktəb binasında yaradılan şəraitlə tanış olublar.

Qalereya




Teqlər:  





Xəbər lenti