“Erkin Qədirliyə xəbərdarlıq etmişdik” - AÇIQLAMA

“Erkin Qədirliyə xəbərdarlıq etmişdik” - AÇIQLAMA
  13 May 2014    Oxunub:1246
“Erkin Qədirli bir neçə dəfə mətbuata açıqlama verərkən avtoritarizmlə bağlı müəyyən fikirlər səsləndirib. Bu da REAL hərəkatının təməl poqram sənədləri ilə, siyasətə baxışı ilə təzad təşkil edirdi”.
Bunu AzVision.az-a açıqlamasında REAL hərəkatının həmtəsisçisi Natiq Cəfərli bildirib. O, Erkin Qədirlinin REAL-ın Məclis Başqanlığından uzaqlaşdırılmasının əls səbəbini izah edib.

N.Cəfərli vurğulayıb ki, bu barədə İdarə Heyətinin toplantılarında Erkin Qədirliyə bir neçə dəfə xəbərdarlıq edilib:

“Təəssüf ki, bu, baş vermədi. REAL hərəkatı dünən keçirilən İdarə Heyəti toplantısında bu məsələləri bir daha müzakirə edərək 3 bənddən ibarət qərar qəbul etdi. Erkin Qədrilinin özü də bu qərarla razılaşıb və İdarə Heyətinin qərarına hörmət edəcəyini söyləyib. Amma onu da vurğulayım ki, o, REAL-ın üzvü kimi fəaliyyətini davam etdirəcək. Bu günə qədər REAL-ın bütün tədbirlərində, layihələrində necə ki, ön cərgədə iştirak edib. bundan sonra da belə olacaq”.

E.Qədirlinin müsahibə vermək hüququnun məhdudlaşdırılmasına gəlincə N.Cəfərli bildirib ki, bu qərar ancaq REAL-ın fəaliyyəti ilə bağlı açıqlamalara şamil olunur: “Erkin Qədirli ölkənin ən gözəl hüquqşünaslarından biridir. O, öz sahəsi və ictimai-siyasi vəziyyətlə bağlı bu günə qədər öz fikirlərini bölüşdüyü kimi bundan da sonra da bölüşə biləcək”.

Məclis Başqanının kim olacağına gəlincə N.Cəfərli bunları deyib: “REAL partiaylaşma ilə bağlı qərar verib. Gələcəkdə həm məclisə, həm də məclis başqanlığına yeni seçkilər keçiriləcək. Bu gün gündəmimizdə ayrıca məclis başqanı seçmək məsələsi yoxdur. Artıq partiyalaşma sürəcinə strat verilib. Bir neçə dairələrdə görüşlərimiz də keçirilib. Bu proses ilin sonuna qədər davam etdiriləcək və ilin sonunda partiyalaşma ilə bağlı qərarımız və strutkturlarımız elan ediləcək”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti